“Bunun üçün xüsusi hüquqi baza hazırlanıb”

bunun-ucun-xususi-huquqi-baza-hazirlanib
Oxunma sayı: 2690

“Kibercinayətkarlığın bütün növlərinin qarşısının alınması üçün xüsusi hüquqi baza hazırlanıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Fuad Ələsgərov bildirib ki, Kibercinayətkarlıq haqqında konvensiyanın birinci fəsli qanunvericiliyə əlavə edilsə də, hələ də ikinci fəsli işlənir: “Real vaxt rejimində bir sıra cinayət təqibi, eləcə də digər qaydaların qanunvericilikdə təsbit edilməsi bu istiqamətdə işləri daha da asanlaşdıracaq”.

Sail Ağasəlim