Buzova “Avroviziya”da Ermənistanı təmsil etmək istəyir

buzova-avroviziyada-ermenistani-temsil-etmek-isteyir
Oxunma sayı: 3898

Rusiyalı teleaparıcı və müğənni Olqa Buzova Ermənistanı “Eurovision” mahnı müsabiqəsində təmsil etmək arzusunda olduğunu bildirib.

“Qafqazinfo” “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, o, bu barədə “Voice” jurnalının təqdimatında bildirib.

Xəbəri rus dilində oxuyun: Победитель Евровидения продает победную статуэтку

Müğənninin dostu Filipp Kirkorov onun «Avroviziya”da hansı ölkəni təmsil etmək istədiyini soruşub. Buzova Rusiya cavabını verib. Kirkorov həmkarına Rusiyanın siyasi səbəblərə görə müsabiqədən kənarlaşdırıldığını xatırladıb. Sonra Buzova dərhal Ermənistanın adını çəkib.