Əri və oğlu qətlə yetirilən qadın da öldü

eri-ve-oglu-qetle-yetirilen-qadin-da-oldu
Oxunma sayı: 6275

Noyabrın 29-da saat 20 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində əri və oğlu qətlə yetirilərkən yaralanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, o, müalicə aldığı Sabunçu xəstəxanasında vəfat edib.

Faktı Baş Prokurorluğun Mətbuat Xidməti “Qafqazinfo”ya təsdiqləyib.

Həmçinin oxuyun: Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - Video

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Az sonra yaralılardan 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.

Hazırda intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.