“Cahan Tabak Beynəlxalq” Bakıdakı sərginin iştirakçısı oldu - Foto

cahan-tabak-beynelxalq-bakidaki-serginin-istirakcisi-oldu
Oxunma sayı: 2144

Cahan Holding şirkətlər qrupuna daxil olan “Cahan Tabak Beynəlxalq” MMC, Azərbaycanda tütün məmulatları və qəlyan istehsal edən, onların satışı və marketinqi ilə məşğul olan ilk yerli şirkətdir.

Azərbaycan Prezidenti İlham Əliyev 10 avqust 2017-ci il tarixində “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edəndən sonra, “Cahan Tabak Beynəlxalq” şirkəti tütün yetişdirmə və hazır məhsul istehsalı üzrə fəaliyyətini daha da gücləndirib, ən müasir avadanlıqlar alıb və illik istehsal gücünü 5 milyard ədəd səviyyəsinə çatdırıb.

“Cahan Tabak”a məxsus Tütün Yetişdirmə Mərkəzində bütün dünyada məşhur olan türk tipi Oriyental və Amerikanın Vircinia tütün növləri yetişdirilir və şirkətin öz istehsalı olan bütün siqaret çeşidlərində həmin tütünlərdən istifadə olunur. Bütün bunlarla yanaşı, xaricdən gətirilmiş professional texniki heyət və yeniliyə açıq istehsalçılar sayəsində qısa bir müddətdə dünya standartlarına cavab verən keyfiyyət əldə edilib.

Son illərdə “Cahan Tabak”ın ixrac tədarükü Rusiya, Ukrayna, Türkmənistan və digər ölkələrə “Made in Azerbaijan” markası ilə həyata keçirilib və bu istiqamətdə uğurlu addımlar atmağda davam edilir.

18-20 may tarixlərində Bakıda keçirilən “İnterFood” sərgisinin iştirakçısı olan “Cahan Tabak Beynəlxalq” öncəki illərdə Hollandiya, Almaniya, Dubay kimi ölkələrin sərgilərində iştirak edərək ölkəmizi layiqincə təmsil edib.