Castin Biberin toyu oldu - Fotolar

castin-biberin-toyu-oldu
Oxunma sayı: 3424

Ötən ilin sentyabr ayında gizli şəkildə nikah bağlayan pop ulduz Castin Biber və model sevgilisi Heyli Bolduinin toyu olub. “Qafqazinfo” xəbər verir ki, 25 yaşlı ifaçı ilə 22 yaşlı Heyli Cənubi karolinada yerləşən “Montage Palmetto Bluff Hotel”də dəbdəbəli şəkildə ailə qurublar. 

Məclisdə 154 qonaq iştirak edib və rəsmi hissədən sonra Wilson Balo Salonunda kokteyl keçirilib. Gecədə Kendall Jenner, Joan Smalls, Camilla Morrone kimi məşhur simalar da iştirak edib.  “Grammy” mükafatçısı Daniel Caeser isə toyboyu ifaları ilə qonaqları əyləndirib.