“Çatır sezon ki, yenə əlbəəl gəzə rüşvət...” – Klassiklər

catir-sezon-ki-yene-elbeel-geze-rusvet-klassikler
Oxunma sayı: 852






Məhəmməd Füzuli

Zülm ilə axçalar alıb zalim
Eylər ənam xalqa minnət ilə
Bilməz onu ki, etdiyi zülmə
Görəcəkdir cəza, məzəllət ilə.

Müddəası bu ki, rizayi ilah
Ona hasil ola bu adət ilə
Cənnəti almaq olmaz axça ilə
Girmək olmaz behşitə rüşvət ilə.


Mirzə Ələkbər Sabir

Qlasnı seçkisini qoydu dum müzakirəyə,
Çatır sezon ki, yenə əlbəəl gəzə rüşvət.
Qlasnı olmaq iki şərtə bağlıdır ancaq:
Birinci rüşvət, ikinci hədə, fəqət xəlvət.