Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verdi

cavusoglu-azerbaycan-xalqina-bassagligi-verdi
Oxunma sayı: 909

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

“Qafqazinfo”nun məlumatına görə, nazir bu barədə Tvitter səhifəsində yazıb.

“Qardaş Azərbaycanın azadlığı uğrunda 30 il əvvəl canlarını fəda edən 20 Yanvar şəhidlərini rəhmətlə anıram”, - deyə başsağlığında qeyd olunub.