Cəbəliyə düşərgəsinə hücum zamanı azı 80 nəfər ölüb - Yenilənib

cebeliye-dusergesine-hucum-zamani-azi-80-nefer-olub
Oxunma sayı: 2368

İsrail ordusunun hücumu zamanı Qəzza şəhərinin kənarındakı Cəbəliyə qaçqın düşərgəsində üçü əcnəbi vətəndaş olmaqla 7 girovun həlak olduğu açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

HƏMAS rəsmiləri bildiriblər ki, hadisə zamanı 50-dən çox adam ölüb, daha 150 nəfər isə yaralanıb.

***

CNN-in məlumatına görə, Cəbəliyə qaçqın düşərgəsinə endirilən aviazərbələr nəticəsində azı 80 nəfər həlak olub. Bununla belə, ölənlərin dəqiq sayının bilinmədiyi qeyd olunub.