Cəlilabadda ağır qəza - Ölən və yaralananlar var

celilabadda-agir-qeza
Oxunma sayı: 2337

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov