“Kəsimxanalarda kəsilən heyvanlara məhsul subsidiyasının tətbiqi, emala cəlb olunan südə məhsul subsidiyası, müddətli vergi və gömrük güzəştləri nəzərdə tutulur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.
“Belə ki, süd üzrə özünütəminetmə səviyyəsinin 81 faizdən 94 faizə, mal əti üzrə isə 83,7 faizdən 100 faizə çatdırılması hədəflənir. 2030-cu ilədək qoyunçuluq sektorunda istehsal həcminin təxminən 9 faiz artırılması nəzərədə tutulur. Bu isə öz növbəsində özünütəminetmə səviyyəsinin 94,2 faizdən 100%-ə çatdırılmasına imkan yaradacaq. Bu istiqamətdə yeni intensiv qoyunçuluq təsərrüfatlarının yaradılması üçün dəstək mexanizmləri tətbiq olunacaq”, - Rəşad Hüseynov bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər