İranın Hörmüzqan əyalətinin Sirik bölgəsi sahillərində güclü partlayış səsi eşidilib.
“Qafqazinfo” “Mehr”ə istinadla xəbər verir ki, hadisə dəniz sahildən təxminən iki kilometr məsafədə qeydə alınıb.
Yerli mənbələrin verdiyi ilkin məlumatlara görə, dənizin dərinliklərindən gəldiyi təxmin edilən vahiməli səs sahilyanı ərazilərdə yaşayan əhali arasında böyük təşviş və qorxuya səbəb olub.
Qeyd olunub ki, hadisənin dəqiq səbəbi barədə rəsmi qurumlar tərəfindən hələlik heç bir konkret açıqlama verilməyib.
Son xəbərlər
Son Xəbərlər