Cəlilabadda ildırım 1 nəfəri öldürdü, 2 nəfər yaralandı- - Yenilənib

celilabadda-ildirim-1-neferi-oldurdu-2-nefer-yaralandi-
Oxunma sayı: 3133


“Qafqazinfo” xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün Cəlilabad rayonunun Söyüdlü kəndi ərazisində qeydə alınıb. Kartof  sahəsində fəhlələr məhsul yığan zaman  qəfildən ildırım çaxıb və onlardan   3 nəfərini vurub. Belə ki, Cəlilabadın Söyüdlü kənd sakini,  1953-cü il təvəllüdlü  Leylaxanım  Bahəddin qızı  Abasova ildırım vurmadan hadisə yerindəcə dünyasını dəyişib. Onun oğlu, 1991-ci il təvəllüdlü  Mürsəl  Əhməd oğlu Abasov və  Lənkəran rayon sakini Lətafət  Allahverdi qızı  Əliyeva isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilsə də, vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ildırım  ölən qadının bədənin əksər hissəsini demək olar ki,  külə çevirib.

Qeyd edək ki, ötən ilin mayın 28-də də Cəlilabadın Ocaqlı kəndi ərazisində anoloji hadisə baş verib. O zaman ildırım vurmadan 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdı.

***

Cəlilabad rayonuna 2-ci dəfə ildırımın düşməsi daha bir bədbəxt hadisəyə səbəb olub.

Qaynar.info-ya bu haqda məlumatı Cəlibad rayon sakinləri verib.

 Sakinlərin verdikləri məlumata görə, rayon sakini heyvanları evə apararkən, at belində ildırım vurub. Nəticədə at yerindəcə ölüb. Kənd sakini isə, ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına aparılıb. Hazırda onun drumunun ağır olduğu bildirilir.