Cengiz Ünder vurduğu gözəl qollarla gündəm oldu - Video

cengiz-under-vurdugu-gozel-qollarla-gundem-oldu
Oxunma sayı: 2657

Türkiyə Superliqasının 19-cu turunda favoritlərdən olan “Fənərbaxça” səfərdə “İstanbulspor”un qonağı olub. 

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi bu görüşdə 5:1 hesablı qələbəyə sevinib. 

Matçda qonaqların 4 qolunun müəllifi Cengiz Ünder olub. Onun vurduğu qollardan 3-ü baxımlı alınıb və vinger diqqət mərkəzinə düşüb. 

Matçın videoicmalını təqdim edirik: