Rusiya hərbçilərinin Çerniqova endirdiyi aviazərbələr nəticəsində həlak olan 22 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Saat 15:30-a olan məlumata görə, aviazərbələr nəticəsində həlak olan 22 nəfərin meyiti dağıntılar altından çıxarılıb. Xilasetmə işləri davam edir", - məlumatda deyilir.
***
Dağıntılar altından cəsədi çıxarılanların sayı 33-ə çatıb. 18 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri hücumların intensivləşməsi səbəbindən dayandırılıb.
Son xəbərlər
Son Xəbərlər