Ceyhun Bayramov Andrey Sibiqa ilə təkbətək görüşdü - Yenilənib

ceyhun-bayramov-andrey-sibiqa-ile-tekbetek-gorusdu
Oxunma sayı: 1194

Azərbaycan və Ukrayna xarici işlər nazirləri Ceyhun Bayramovla Andrey Sibiqa arasında təkbətək görüş keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, C.Bayramov ukraynalı həmkarını qarşılayıb. 

Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Xarici işlər naziri Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında geniştərkibli görüş də keçirilib.

Qeyd edilib ki, müzakirələr siyasi və iqtisadi əməkdaşlıq, ticarət, enerji, nəqliyyat əlaqələri və davam edən humanitar əməkdaşlığı əhatə edir.