Ceyhun Bayramov Omana getdi

ceyhun-bayramov-omana-getdi
Oxunma sayı: 628

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazirin oktyabrın 29-u Omanın xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə ölkəmizin Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.