Çin səfiri Ağ Evə çağırıldı

cin-sefiri-ag-eve-cagirildi
Oxunma sayı: 1489

Çinin ABŞ-dakı səfiri Tsin Qan Tayvan ətrafındakı vəziyyətə görə Ağ Evə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə istinadən yazıb.

“Çinin gecə saatlarında etdiyi hərəkətlərdən sonra biz ÇXR-in təxribatçı hərəkətlərinə etiraz etmək üçün səfir Tsin Qanı Ağ Evə çağırdıq. Biz ÇXR-in hərbi əməliyyatlarını pisləyirik. Onlar məsuliyyətsizdirlər və Tayvan boğazında sülhün və sabitliyin qorunub saxlanmasına dair çoxdankı hədəflərimizə zidddirlər”, - bəyanatda deyilir.

Ağ Ev ÇXR-in ABŞ-dakı səfirinə bildirib ki, bütün rabitə kanallarını dəstəkləmək istəyir və Vaşinqton “bir Çin” prinsipinə sadiqdir. Ağ Ev, həmçinin bəyan edib ki, Vaşinqton böhran tərəfdarı deyil, amma “Pekinin nə qərar verəcəyinə” hazırdır.