Çində 900 illik taxta körpü yandı - Video

cinde-900-illik-taxta-korpu-yandi
Oxunma sayı: 2453

Çində 900 il öncə inşa edilmiş taxta körpü “Vanan” güclü yanğın nəticəsində tamamilə uçub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şanxayın “Penpay” informasiya resursu məlumat yayıb.

Bildirilib ki, yanğın ötən gecə başlayıb. Hazırda yanğın söndürülüb, hadisə nəticəsində zərərçəkənlər barədə məlumat yoxdur.

Yanğının başvermə səbəbləri araşdırılır.