Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti - Açıqlandı

sinif-yoldasi-terefinden-yandirilan-sagirdin-veziyyeti
Oxunma sayı: 1755

Ötən gün Bakıda 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, hazırda şagirdin müalicəsi davam etdirilir: “Ötən gün yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, ötən gün Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

İnsidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.