Çingiz Qənizadə Beyləqanın daha 2 kəndində seçiciləriylə görüşdü - Fotolar

cingiz-qenizade-beyleqanin-daha-2-kendinde-secicileriyle-gorusdu
Oxunma sayı: 1846

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin Beyləqanda görüşləri davam edir. Deputatlığa namizəd bu dəfə Bünyadlı və Gödəklər kəndində seçiciləriylə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı Ç.Qənizadə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına dair 2019-2023-cü illərdə bu kəndlərdə dövlət proqramında nəzərdə tutulan məsələrdən söz açıb. Həmçinin ölkədə gedən islahatlardan, beyəlxalq münasibətlərdən, eləcə də, özünün gördüyü işlərdən danışıb.

Çingiz Qənizadə kənd sakinlərinin müxtəlif müraciətlərini dinləyib. Bəzi məsələləri yerindəcə həll edib.

Çıxış edən kənd sakinləri yenidən Çingiz Qənizadəyə səs verəcəklərini bildiriblər. Həmçinin, seçicilər Çingiz Qənizadənin 10 ildir ki əlçatan deputat olduğunu xüsusi qeyd etməklə yanaşı, il ərzində dəfələrlə kəndlərə gəlib bu cür görüşlər keçirdiyini deyiblər.