“İsrail Colan təpələrinə nəzarəti əbədi olaraq əlində saxlamaq niyyətindədir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz hamımız orada, onların ətəyində deyil, Colan təpələrində olmağımızın böyük əhəmiyyətini anlayırıq. Colan təpələri üzərində nəzarətimiz və səlahiyyətimiz təhlükəsizliyimizi təmin edir. Colan təpələri həmişə İsrailin bir hissəsi olacaq”, - o, mətbuat konfransında bildirib.