Conson Kiyevdədir

conson-kiyevdedir
Oxunma sayı: 2805

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Kiyevə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Conson “X” səhifəsində paylaşım edib.

Conson qeyd edib ki, Rusiyanın xüsusi əməliyyatının ikinci ildönümündə Ukraynada olmaq onun üçün böyük şərəfdir:

“Onların sarsılmaz cəsarətləri ilə mən şübhə etmirəm ki, qalib gələcək və Putinin qüvvələrini ölkədən çıxaracaqlar. Bir şərtlə ki, onlara lazım olan hərbi, siyasi və iqtisadi yardımı göstərək”.