Cüdoçularımız DÇ-də daha 2 medal qazandı

cudocularimiz-dc-de-daha-2-medal-qazandi
Oxunma sayı: 516

Fransanın paytaxtı Parisdə keçirilən veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan millisinin medal sayı 3-ə çatıb.

“Qafqazinfo” Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar.

Onlar üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Dequzeni məğlub ediblər.

Qeyd edək ki, ilk yarış günündə Qurban Məmmədli (M2, +100 kq) bürünc medal əldə etmişdi.