Cüdoçumuz Avropa kubokunda ikinci oldu

cudocumuz-avropa-kubokunda-ikinci-oldu
Oxunma sayı: 898

Azərbaycan yığmasının və “Qəbələ”nin cüdoçusu Mehdi Abbasov Avropa kubokunda medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, idmançımız Türkiyənin Antalyada şəhərində keçirilən yarışda gümüş medal əldə edib.

Finala qədər bütün rəqiblərinə qalib gələn M.Abbasov yalnız həlledici görüşdə məğlub olub.