Daha 6 erməni hərbçinin meyitinin qalıqları tapıldı

Daha 6 erməni hərbçinin meyitinin qalıqları tapıldı
Oxunma sayı: 1474

Qarabağdakı döyüşlər zamanı ölən daha 6 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

"Qafqazinfo" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, meyitlər Cəbrayıl rayonunda aşkarlanıb. 

Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1642-yə çatıb.