Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

daha-bir-azerbaycanli-rusiya-ukrayna-muharibesinde-helak-oldu
Oxunma sayı: 2900

Daha bir Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.

“Qafqazinfo” xəbər verir ki, 1997-ci il təvəllüdlü Qurbanlı Ümid Əli oğlu Rusiya tərəfindən Ukraynaya qarşı vuruşarkən həyatını itirib.

Məlumata görə, onun meyiti Rusiyanın Rostov şəhərinə aparılıb.

Hazırda Rusiyada yaşayan azərbaycanlılar onun ailəsini və ya yaxınlarını tapmağa çalışır.

Ziya Əmirxanlı