Daha bir narkoşəbəkə bayram günlərində ifşa edilib - Video

daha-bir-narkosebeke-bayram-gunlerinde-ifsa-edilib
Oxunma sayı: 2801

Polis tərəfindən narkoşəbəkələrinin çökdürülməsi bayram günlərində davam etdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Novruz bayramında Lənkəran sakini Vüsal Tahirov planlaşdırdığı cinayəti reallaşdırmaq üçün İranda yaşayan narkotacir tanışının qaçaqmalçılıq yolu ilə göndərdiyi külli miqdarda narkotiki əldə etmək üçün hərəkətə başlayıb.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun barəsində əldə etdikləri əməliyyat məlumatını reallaşdırmaq üçün əməliyyat keçirib. Vüsal Tahirov saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumilikdə 62 kiloqram, o cümlədən 23 kiloqram heroin, 7 kiloqram tiryək, 24 kiloqram marixuana və 8 kiloqram metamfetamin aşkar edilib.

İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı BNMİ tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 5 mütəşəkkil dəstə, o cümlədən 46 nəfər saxlanılıb, 1 nəfər isə polisə odlu silahla müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 250 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 11 min ədəd ekstazi və metadon həbi çıxarılıb.