Daha bir nəfər özünü asdı

daha-bir-nefer-ozunu-asdi
Oxunma sayı: 673

Bakıda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə Suraxanı rayonunun Bahar qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Abdullayev Vüqar Vaqif oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.