Daha bir ölkə Əfqanıstandan hərbi kontingentini çıxaracaq

daha-bir-olke-efqanistandan-herbi-kontingentini-cixaracaq
Oxunma sayı: 3122

Bolqarıstan ABŞ administrasiyası və NATO-dakı müttəfiqlərinin analoji qərarından sonra Əfqanıstandan hərbi kontingentini çıxaracaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boyko Borisov Baş nazirin müavini və müdafiə naziri Krasimir Karakaçanov və Baş nazirin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva ilə məsələnin müzakirəsi yekununda bildirib.

“Bu gün biz ilkin müzakirə apardıq, yaxın vaxtlarda növbədənkənar [hökumət] iclasını keçirəcəyik və öz kontingentimizi Əfqanıstandan çıxaracağıq”, - “Darik Radio” Borisovun sözlərini sitat gətirir.

Qeyd edək ki, hazırda Əfqanıstanda 120 bolqar hərbçisi var.

Daha əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO-dan sonra Gürcüstan hökumətinin də alyansla razılaşdırılmış qrafikə uyğun olaraq bütün hərbi kontingentini Əfqanıstandan çıxaracağını bildirmişdi.