Daha bir xanəndə koronavirusdan vəfat etdi

daha-bir-xanende-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 6779

Xanəndə Tahir Nəbiyev dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xalq artisti Gülyaz Məmmədova sosial şəbəkədə yazıb. Xanəndənin koronavirusdan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Tahir Nəbiyev gənc xanəndə Kamilə Nəbiyevanın atasıdır.

Xatırladaq ki, bir neçə həftə əvvəl gənc xanəndə Tuqay İsmayılov da koronavirusdan dünyasını dəyişib.