Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü

semkirde-11-yasli-qiz-emeliyyatdan-sonra-oldu
Oxunma sayı: 722

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.

“Qafqazinfo” xəbər verir ki, Sərxanlı kənd sakini, 2015-ci il  təvəllüdlü S.H (Ad şərtidir) Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.

Əməliyyatdan bir neçə gün sonra onun vəziyyəti qəfil pisləşib və həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev