Daha iki mayor, iki gizir və əsgər şəhid oldu

daha-iki-mayor-iki-gizir-ve-esger-sehid-oldu
Oxunma sayı: 15516

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən bir neçə hərbçi şəhid olub.

"Qafqazinfo"nun xəbərinə görə, Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, döyüşlər nəticəsində Azərbaycan Ordusunun aşağıda adı keçən hərbi qulluqçuları qəhrəmancasına şəhid olublar:

Mayor Əhmədov Namiq Hajan oğlu,

Mayor Novruzov Anar Gülverdi oğlu,

Gizir Zeynallı İlqar Ayaz oğlu,

Gizir Babayev Yaşar Vasif oğlu, 

Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu