Deputatdan uşaq bağçaları ilə bağlı təklif

Deputatdan uşaq bağçaları ilə bağlı təklif
Oxunma sayı: 1537

Deputat Arzu Nağıyev modul tipli uşaq bağçalarının tikilməsini təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, A.Nağıyev parlamentdə bildirib ki, təmsil etdiyi Gədəbəy-Tovuzda buna ciddi ehtiyac var: “Bilirsiniz ki, artıq kənd təsərrüfatında qızğın işlər başlayıb. Bu sahədə analar da çalışır. Onlar uşaqları ilə birgə sahəyə gəlməli olur. Soruşanda deyirlər ki, rayonda uşaq bağçalarının çatışmazlığı var. Bu bölgədə uşaq bağçalarının təmirə ehtiyacı diqqətçəkən məqamdır. Təmirə ayrılan vəsait isə bir neçə uşaq bağçanın təmirinə çatmır. 

Hesab edirəm ki, həmin vəsaitlə bir neçə modul tipli bağça tikmək olar. Dövlət inhisarında olan bağçalarda vəziyyət yaxşı deyil. Bununla bağlı müəyyən monitorinqlər keçirilməsinə ehtiyac var. Çünki hazırda çalışan insanlar əsasən gənclərdir. Onların da uşaqlarını bağçaya qoymasına ehtiyac var”.

Spiker Sahibə Qafarova da modul tipli uşaq bağçalarının tikilməsinin aktual olduğunu qeyd edib.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi