Deputatlar sərbəst hərəkət edə biləcəklər

Deputatlar sərbəst hərəkət edə biləcəklər
Oxunma sayı: 1739

Azərbaycanda Nazirlər Kabineti tərəfindən elan edilən karantin rejimində hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb. 

"Qafqazinfo" xəbər verir ki, həmin siyahıda Milli Məclisin deputatları və Aparatının əməkdaşları da var. 

Buna görə də, aprelin 5-dən etibarən həm deputatlar, həm də Milli Məclis Aparatının əməkdaşları xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında sərbəst hərəkət edə biləcəklər. 

Günel Türksoy