Deputatlığa namizəd olmaq istəyənlərin nəzərinə

deputatliga-namized-olmaq-isteyenlerin-nezerine
Oxunma sayı: 5479

Dekabrın 6-dan etibarən Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar namizədlərin irəli sürülməsi prosesinə start verilib. 

“Qafqazinfo” xəbər verir ki, bu məsələ Seçki Məcəlləsində əksini tapıb. 

Belə ki, Məcəllənin müvafiq bəndlərinə əsasən, seçkilərin təyin edilməsi haqqında Prezidentin sərəncamı rəsmi dərc olunduqdan sonra birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesi başlayır.

Qeyd edək ki, ölkə başçısının sərəncamı dekabrın 6-da rəsmi olaraq dərc edilib. 

Xatırladaq ki, növbədənkənar parlament seçkiləri 2020- ci ilin fevralın 9-na təyin edilib. Mərkəzi Seçki Komissiyası bununla bağlı bu gün iclas çağırıb. İclasda seçkilərlə bağlı Təqvim Planının təsdiq olunması gözlənilir.

Günel Türksoy