Bmg İnternational şirkətinin 11 illiyi və “Dəstək” layihəsinin təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, BMG lnternational 2013-cü ildə Azərbaycanda - dərin bilik və zəngin təcrübəyə malik, tanınmış iqtisadçı və maliyyəçi Orxan Məmmədzadə tərəfindən təsis edilib.
BMG İnternational şirkəti üç əsas istiqamətdə fəaliyyət göstərir:
1. Biznes idarəetməsi: Strateji və maliyyə planlaşdırması, personal idarəetməsi, satış və marketinq daxildir.
2. Maliyyə məsləhətləri: Biznesi daxildən anlamağa və uzunmüddətli perspektivlərini proqnozlaşdırmağa kömək, innovativ və uyğunlaşdırılmış həllərin təklifi.
3. Peşəkar təlimlər: "Hazır Mühasib" təhsil platformasını yaradaraq maliyyə savadlılığını, bu sahədə peşəkarların inkişafını praktiki və aktual proqramlar vasitəsilə artırmaq məqsədi.
"DƏSTƏK" layihəsi şirkətin 11 illiyini qeyd etmək və layihənin rəsmi açılışı üçün təşkil olunan tədbirdə təqdim olunub. Layihənin məqsədi sahibkarların dəstəyi ilə qazi və şəhid ailələrinə təhsil, təcrübə və iş imkanları yaratmaqdır. Bu tədbir, həmçinin digər şirkətləri layihəyə cəlb etmək üçün bir platforma olaraq xidmət edib. Tədbir zamanı Orxan Məmmədzadə qonaqları bu layihəyə qatılmağa dəvət edib. Orxan bəy bir neçə qazi və şəhid ailə üzvlərini ödənişsiz təhsillə təmin edib. BMG interfnational bildirib ki, artıq tədbirə qatılan bir neçə şirkətlə bu layihə çərçivəsində əməkdaşlığa başlanılıb.
Bütün sahibkarlar bu vacib işə qoşulmağa dəvət olunur!
Layihəyə qoşulmaq üçün əlaqə:
0557887089 (WhatsApp)
www.bmgi.az