Xəbər verdiyimiz kimi, Laçın rayonunda iki nəfərin Azərbaycanın “Qırmızı kitab”ına düşən, ovlanması qadağan edilən cüyür kəsməsi ilə bağlı görüntülər yayılıb.
“Qafqazinfo” məsələ ilə bağlı DİN-ə sorğu ünvanlayıb.
Qurumun Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, videosüjetdə əks olunanlarla bağlı Laçın Rayon Polis Şöbəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb:
“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.