Diqqət əskikliyi, fobiyalar, psixi inkişaf ləngiməsi… - Çıxış yolu Pozitiv Psixologiya Mərkəzində

diqqet-eskikliyi-fobiyalar-psixi-inkisaf-lengimesi
Oxunma sayı: 812

“Ana övladının ən birinci həkimidir”, deyirlər. Uşağının səhhətindəki hansısa dəyişikliyi görən kimi onu müalicə etməyə tələsən, əlindən gələni əsirgəməyən də analardır… Amma uşağın inkişafında elə məqamlar var ki, bu zaman ancaq mütəxəssislərə müraciət etmək lazımdır.

Pozitiv Psixologiya Mərkəzinin rəhbəri, Beynəlxalq sertifikatlı psixoloq Fidan Məmmədzadənin sözlərinə görə, mərkəzdə elə bir xidmət mövcuddur ki, onu valideynlər üçün əsl tapıntı adlandırmaq olar. 

“Bu, bizim Sensor otağıdır. Ən son innovativ texnoloji avadanlıqlarla təchiz olunmuş, beynəlxalq psixologiyada adla tanınan Sensor otağı Pozitiv Psixologiya Mərkəzində də müvəffəqiyyətlə fəaliyyət göstərir. Burada tətbiq olunan terapiyanın bir çox faydaları var: diqqət, görmə, toxunma duyğuları, rənglər, ardıcıllıq, uzun-qısa və böyük-kiçik meyarları, növbələşmə, kiçik motorikanın inkişafı məhz bu otaqda həyata keçirilir.

Otaq bir neçə hissədən ibarətdir: güzgülü tunel - diqqətin mərkəzləşməsi, görmə qabiliyyətinin korreksiyası, pasiyentin özünü tanıması, özünə qapanmanın aradan qaldırılmasına; 

işıqlı lövhəcik – pasiyentin duyğularının ifadəsi, fobiyaların aradan qaldırılması, diqqətin mərkəzləşməsi, şəkillər vasitəsilə terapiyaya;

ulduzlu səma – sinir sisteminin sakitləşdirilməsinə; qabarcıqlı boru – görmə, eşitmə, toxunma duyğularının inkişafına; diqqət lövhəsi isə diqqətin korreksiyası, müvazinətin qorunması, görmə, eşitmə hisslərinin terapiya və inkişafına hesablanıb.

Sensor otağı uşaqların duyğularını, hisslərini tənzimləmək üçün hazırlanan xüsusi bir mühitdir. Burada müxtəlif səslər, işıqlar və toxunma səthlər vasitəsilə uşaqların duyğusal ehtiyacları qarşılanır. Bu otaq autizm, diqqət əskikliyi, psixi inkişaf ləngiməsi, sosial və emosional bacarıqları zəif olan uşaqlar üçün uyğundur”.

Əziz valideynlər, əgər siz də uşaqlarınızda bu problemləri hiss edirsinizsə, o zaman gedəcəyiniz yer Pozitiv Psixologiya Mərkəzidir. 

Unutmayın, vaxtında aradan qaldırılan ən kiçik problem sabahkı sağlam gələcəyin zəmanətidir.

Pozitiv Psixologiya Mərkəzi - sağlam gələcək, bizimlə gələcək!

Ünvan: 

Bakı
Bakı şəhəri, Azadlıq prospekti 195B ( “Azadlıq” m/st. yaxınlığı)

Sumqayıt
Sumqayıt şəhəri, 5-ci mkr, C. Cabbarlı 89

Quba
Quba şəhəri, Heydər Əliyev prospekti, (İlqaroğlu biznes center)

Gəncə
Gəncə şəhəri, Atatürk pr. döngə 2 (Mərkəzi Univermağın arxa tərəfi, keçmiş Menar bağçası)

Əlaqə nömrəsi: 070 725 00 00.