Donald Tramp ABŞ prezidenti oldu - Yenilənib

donald-tramp-abs-prezidenti-oldu
Oxunma sayı: 11580

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qələbəyə yaxınlaşır.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, Pensilvaniya ştatındakı səsvermədən sonra Trampın namizədliyini artıq 272 nümayəndə dəstəkləyib. 

Prezident seçilmək üçün ştat nümayəndələrindən ibarət 538 nəfərlik Seçicilər Kollegiyasına 270 nümayəndə qazanmaq tələb olunur.

***

Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib. Bu barədə “Bloomberg” agentliyi yazıb. 

Məlumata görə, Respublikaçı namizəd səsvermədə 276 səs toplayıb. 

***

“Associated Press” agentliyi də milyarderin qələbəsindən yazıb: “Donald Tramp ABŞ prezidenti seçildi”.

“Politico” nəşrinin məlumatına görə, D. Trampı respondentlərin 56,9 milyonu, Hillari Klintonu isə 55,8 milyonu dəstəkləyib.

***

“CNN” telekanalı xəbər verir ki, D. Tramp qələbəsini qeyd etmək üçün Nyu-Yorkdakı qərargahında tərəfdarlarıyla görüşəcək.