Donald Tramp bu ölkə ilə sərhəddə divar tikdirəcək

donald-tramp-bu-olke-ile-serhedde-divar-tikdirecek
Oxunma sayı: 6812

ABŞ prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-də səlahiyyətini icra etməyə başlayandan sonra ilk iş olaraq Meksika ilə sərhəddə divar tikdirməyə başlayacaq.

Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp “CBS” telekanalında yayımlanan “60 Minutes” verilişində çıxışı zamanı bildirib.

“Bir çox rayonda mən hasarların tikilməsinə razıyam. Lakin bəzi rayonlarda divar tikilməyi daha məqsədəuyğundur”, - deyə prezident söyləyib.

Qeyd edək ki, D. Tramp vətəndaşlara Meksika ilə sərhəd tikdirməyə dair seçki öncəsi söz vermişdi.