Dostları ilə yeyib-içdi, meyiti tapıldı - Gəncədə qanlı hadisə

dostlari-ile-yeyib-icdi-meyiti-tapildi
Oxunma sayı: 974

Gəncə şəhər sakininin meyiti tapılıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə meyit aşkarlanıb.
 
Araşdırma zamanı məlum olun ki, ölən şəxs şəhər sakini 1978-ci il təvəllüdlü Orucov Ramin Adil oğludur. R. Orucovun qətlə yetirildiyi məlum olub. O, dünən gecə dostları ilə yeyib-içdikdən sonra dalaşıb və müxtəlif bədən xəsarətləri alıb. 

Ekspertiza zamanı 1978-ci il təvəllüdlü R. Orucovun başında güclü zərbənin izləri aşkarlanıb.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.