Lavrovla birgə Dövlət Dumasındakı mandatlarından imtina etdilər

lavrovla-birge-dovlet-dumasindaki-mandatlarindan-imtina-etdiler
Oxunma sayı: 1078

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasındakı mandatından imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Mərkəzi Seçki Komissiyası yayıb.

Məlumata görə, S.Lavrov, eləcə də Moskvanın meri Sergey Sobyanin, uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belova və hərbi jurnalist Yevgeniy Poddubnıy “Vahid Rusiya” partiyasından Dövlət Dumasındakı deputat mandatlarından imtina ediblər. 

Xatırladaq ki, Rusiyada Dumaya seçkilər sentyabrın 18-dən 20-nə qədər keçirilib.