Döyülən Ülkər İsayevadan şok- - Açıqlama

doyulen-ulker-isayevadan-sok-
Oxunma sayı: 11497


“Qafqazinfo” xəbər verir ki, Ülkər bu barədə şəxsi facebook səhifəsində açıqlama verib:

“Əziz dostlarım və "dostlarım", hörmətli adekvat ve qeyri-adekvat pressa işçiləri, heç nədən xəbəri olmayaraq, pressada verilən informasiyanın nə dərəcə düzgün olub-olmadığını bilməyərək ağzını qara açan millətə üz tutub demək istəyirəm ki, həmin videonun mənə və mənim ailəmə heç bir aidiyyati yoxdur, mən heç kəs tərəfindən döyülməmişəm. Mənə dəstəyini göstərən bütün tanıdığım və tanımadığım insanlara dərin təşəkkürlərimi bildirmək istəyirəm. Yaxşı ki, varsınız!”.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H. İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxıb. Hakimin bu qərarından prokurorluq protest verib. 

Bu gün həmin protest üzrə məhkəmə iclası keçirilib və növbəti iclas sabaha təyin edilib.