DTX və DİN birgə əməliyyat keçirdi - Hesabından pul oğurlayan tutuldu

dtx-ve-din-birge-emeliyyat-kecirdi
Oxunma sayı: 1461

Bakıda vətəndaşın bank kartından internet üzərindən pul oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bank"dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin  əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də  Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.