“Düdelanj”ın bazasında oğurluq

dudelanjin-bazasinda-ogurluq
Oxunma sayı: 1279

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün “Qarabağ”ı qəbul edəcək “Düdelanj”la xoşagəlməz hadisə ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, ötən şənbə gecəsi klubun bazasından oğurluq edildiyi məlum olub. Naməlum şəxslər 27 cüt buts, eləcə də 8 min avro dəyərində forma aparıblar.

Oğurluq hadisəsi ilə bağlı araşdırma başladığı bildirilib.