Putin Mişustini Baş nazir təyin etdi - Yenilənib

putin-misustini-bas-nazir-teyin-etdi
Oxunma sayı: 3556

Rusiyanın Dövlət Duması bu gün keçirilən plenar iclasda Mixail Mişustinin ölkənin Baş naziri olaraq təsdiqlənməsinə səs verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, səsvermədə iştirak edən 432 deputatdan 375-i Mişustinin lehinə səs verib. 57 deputat bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

Məlumata görə, Mişustinin bu vəzifəyə təyin edilməsi ilə bağlı müvafiq qərar  imzalanması üçün Rusiya Prezidenti Vladimir Putinə göndəriləcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin ölkənin Baş naziri postuna namizədliyini Dövlət Dumasına təqdim etmişdi.

***

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş nazir postuna təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.