Dünən Günəş belə görünürdü - Fotolar

dunen-gunes-bele-gorunurdu
Oxunma sayı: 2389

Xəbər verdiyimiz kimi, ötən gün ilin ilk Günəş tutulması olub.

“Qafqazinfo”nun məlumatına görə, tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edib. Tam tutulma prosesi isə 3 saat 16 dəqiqə 45 saniyə çəkib.

Tam tutulmanı Meksika, ABŞ və Kanadadan izləmək mümkün olub. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünüb.

Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyib.

İnsanların marağına səbəb olan həmin görüntüləri təqdim edirik: