Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.
Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, 4 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qərara alınıb.
Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri inizam pozuntularına görə 10 vəkilə töhmət, 11 vəkilə isə xəbərdarlıq edilib.
Qeyd edək ki, fəaliyyəti dayandırılan vəkillərdən biri Adəm Məmmədovdur.