Düşmənə məxsus aparat vuruldu - Fotolar

dusmene-mexsus-aparat-vuruldu
Oxunma sayı: 2009

Ermənistana məxsus növbəti taktiki PUA zərərsizləşdirilib.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu gün günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.

Qeyd edək ki, dünən də Ermənistana məxsus PUA vurulmuşdu.