Əbülfəs Qarayev müşavirə keçirdi

Əbülfəs Qarayev müşavirə keçirdi
Oxunma sayı: 707

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Prezident İlham Əliyevin imzaladığı fərmandan irəli gələn məsələlərin həllinə həsr olunmuş müşavirə keçirilib.

"Qafqazinfo" xəbər verir ki, müşavirədə Mədəniyyət Nazirliyinin, Dövlət Xidmətinin məsul əməkdaşları, nazirliyin tabeliyindəki qoruqların rəhbərləri, rayonlar üzrə abidə mühafizəçiləri üzrə məsul şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov ölkə başçısı İlham Əliyevin “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Fərman və “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Sərəncam imzaladığını diqqətə çatdırıb. Zakir Sultanov vurğulayıb ki, fərmana uyğun olaraq ölkə ərazisində olan bütün tarixi-mədəniyyət abidələr üzrə mühafizəçilər yaradılacaq 5 regional idarənin tərkibində fəaliyyət göstərəcəklər.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev son illər Mədəniyyət Nazirliyində aparılan islahatların əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsidir. Nazir aparılan islahatlardan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinin, eləcə də üzərinə düşən məsuliyyətin daha da artırıldığını diqqətə çatdırıb.

Müşavirənin sonunda Əbülfəs Qarayev tarixi-mədəniyyət abidələrin mühafizəsi, qoruqların fəaliyyətinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi